Sanabriya Messiyə tüpürmədiyini deyir
Paraqvay millisinin hücumçusu Antonio Sanabriya Messinin kürəyinə tüpürmədiyini deyib.
Sportline.az xəbər verir ki, o, "TyC Sports"a açıqlamasında vəziyyətin düzgün anlaşılmadığını bildirib.
"Fotoya baxdım. Ona tüpürdüyümə oxşasa da, bu, həqiqəti əks etdirmir. Bu, Messidən uzaqda baş vermişdi. Belə hərəkət etməmişəm", - deyən Sanabriya yayılan məlumatı təkzib edib.
Qeyd edək ki, dünya çempionatının təsnifat mərhələsinin Argentina - Paraqvay (1-0) matçının sonlarında Messi ilə sözləşən Sanabriyanın onun arxasında tüpürdüyü iddia olunur.