Sanço - ten Haq münaqişə alovlandı
"Mançester Yunayted" yarımmüdafiəçi Ceydon Sançonun əsas komanda ilə məşqlərini dayandırdığını açıqlayıb.
Sportlinre.az xəbər verir ki, mankunianların rəsmi saytında verilən açıqlamada "Ceydon Sanço komandada nizam-intizamı ilə bağlı problem həll olunana qədər əsas heyətdən kənar fərdi proqrama uyğun məşq edəcək" deyilib.
Sentyabrın 3-də 23 yaşlı ingilis " Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın onu 4-cü turda "Arsenal"la oyunda (1:3) heyətdə olmamasını izah edən sözlərinə cavab olaraq paylaşım edib. Futbolçu baş məşqçinin dediklərini yalan adlandırıb.