Sanço yanvarda “Mançester Yunayted”dən ayrılacaq
"Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço çox güman ki, yanvarda komandadan ayrılacaq.
Sportline.az xəbər verir ki, 23 yaşlı ingilisin icarəyə götürülmə ehtimalının tam transferdən daha yüksək olduğu təxmin edilir.
Sentyabrın 14-də "Mançester Yunayted" ten Haq ilə münaqişədən sonra Sançonun əsas komanda ilə məşqlərini dayandırdığını elan etdi. Bildirilib ki, baş məşqçi yalnız Sanço ondan və komandadan üzr istəsə, futbolçunu komandaya qaytarmağa hazırdır, lakin 23 yaşlı ingilis komanda yoldaşlarının xahişinə baxmayaraq, bu variantdan imtina edir.