Sander Bergenin yeni klubu
"Şeffild Yunayted"in yarımmüdafiəçisi Sander Berge "Bernli"yə keçib.
Sportline.az xəbər verir ki, 25 yaşlı norveçli klubu ilə 4 illik müqavilə imzalayıb.
Berge 2020-ci ildən "Şeffild Yunayted"də çıxış edir. O, komandanın heyətində 109 oyuna çıxıb, 15 qol vurub, 12 məhsuldar ötürmə edib.