Sandro Tonali üçün son möhlət

İtaliyalı futbolçu Sandro Tonaliya son möhlət verilib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli hücumçu rəsmi olmayan mərc saytlarından 50 dəfədən çox istifadə etdiyi üçün 10 aylığına futboldan uzaqlaşdırlımışdı.

İtaliya məhkəməsi Sandro Tonaliyə özünü təmizə çıxarmaq üçün aprel ayının 5-nə kimi möhlət verib. Futbolçu bu müddət ərzində ittihamlara qarşı sübut göstərə bilməyəcəyi təqdirdə ömürlük futboldan uzaqlaşdırlacaq.

Qeyd edək ki, Sandro Tonali 12 avqust 2023-cü ildən bu yana yaşıl meydanlardan uzaq qalıb.O, sonuncu dəfə "Nyukasıl Yunayted" forması ilə çıxış edib.