Sane "Bavariya"da qalır

"Bavariya"nın vingeri Leroy Sane daha bir il klubda qalacaq.

Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu Münhendə qalmağa qərar verib.

Daha əvvəl bildirilmişdi ki, “Barselona” Usman Dembelenin yerinə Saneni nəzərdən keçirir.

Alman futbolçu 2020-ci ilin yayından “Bavariya”da çıxış edir. O vaxtdan bəri o, 133 oyun keçirib, 38 qol vurub və 37 məhsuldar ötürmə edib.