Sansone "Leççe"də
"Leççe" hücumçu Nikola Sansone ilə müqavilə imzaladığını açıqlayıb.
Sportline.az xəbər verir ki, 32 yaşlı italiyalı ilə müqavilənin müddəti dəqiqləşdirilməyib. Futbolçu komandada 11 nömrə ilə çıxış edəcək.
2019-cu ilin iyulundan 2023-cü ilin iyuluna qədər Sansone "Bolonya"da çıxış edib. 2022/23 mövsümündə forvard 20 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.