Sarri İngiltərəyə qayıda bilər

Son olaraq “Latsio”da çalışan Maurizio Sarri İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, “Nottinqem Forest” baş məşqçi postuna Maurizio Sarrini gətirməyi düşünür.Bu barədə jurnalist Alfredo Pedulla məlumat verib.

Mənbənin sözlərinə görə, klub 65 yaşlı mütəxəssisə 3 illik kontrakt təklif edib.Bildirilir ki, İtaliyalı məşqçi növbəti mövsümə hazırlaşdığı üçün hazırda komandanı qəbul etməyə hazır deyil.Sarri 2021-ci ildən “Latsio”ya rəhbərlik edirdi.Klubla olan müqaviləsi 2025-ci ilə qədər idi.

“Qartallar” İtaliya A Seriyasında 29 turdan sonra 43 xalla 9-cu pillədə qərarlaşırlar.Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya”ya uduzaraq mübarizəni dayandırıblar.