Sarri "Latsio"da qalır

"Latsio"nun baş məşqçisi Mauritsio Sarri "Roma" komandasına rəhbərlik etməyə davam edəcək.

Sportline.az xəbər verir ki, mütəxəssislə komanda rəhbərliyi arasında artıq həll olunan fikir ayrılıqları olub. Tərəflər əməkdaşlığı davam etdirəcəklər.

Sarri 2021-ci ilin yayından “Latsio”da çıxış edir. Onun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

Ötən mövsüm "Roma" komandası A Seriyasının turnir cədvəlini ikinci pillədə başa vurmuşdu.