Saşa Boey "Qalatasaray"a qayıda bilər

Saşa Boey yenidən "Qalatasaray"da çıxış edə bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,təcrübəli müdafiəçi "Bavariya" klubuna transfer olduqdan sonra zədələndiyi üçün cəmi 2 oyunda komandasına kömək edə bilib.

Almaniya nəhəngi futbolçunun performasından razı qalmadığ üçün icarə əsasında göndərmək istəyir. "Qalatasaray" rəsmiləri isə Saşa Boeyi icarə əsasında heyətinə qata biləcəkləri deyiblər.

Qeyd edək ki, "sarı-qırmızlar" Saşa Boeyin yerini doldurmaq üçün transfer etdikləri Aurieri isə mövsüm sonunda komandadan göndərmək barədə düşünürlər.