Stadionlarda ümumi tualetlər olacaq
UEFA 2024-cü ildə keçiriləcək Avropa çempionatının bütün stadionlarının ümumi tualetlərlə təchiz ediləcəyini açıqlayıb.
Sportline.az xəbər verir ki, UEFA bununla bağlı bəyanat yayıb.
“UEFA hər kəsin turnirin bir hissəsi ola bilməsini təmin etməklə müxtəlifliyi və inklüzivliyi təşviq edir. İstənilən formada ayrı-seçkiliyin qarşısını almaq və onunla mübarizə aparmaq, eləcə də bütün insanların hüquqlarını qorumaq məqsədilə stadionda bütün cinslər üçün ümumi tualetlər yaradılacaq. Bundan əlavə, özünü həssas hiss edən hər kəsə kömək etmək üçün sürətli cavab mexanizmi tətbiq olunacaq”, - deyə UEFA-nın bəyanatında bildirilib.
Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.