"Sauthempton"dan "Lion"a

“Lion” “Sauthempton”un müdafiəçisi Duje Şaleta-Tzarı icarəyə götürüb.

Sportline.az xəbər verir ki, "Lion" 26 yaşlı xorvatın icarəsi üçün təxminən 1,5 milyon avro ödəyəcək. Bundan əlavə, sövdələşməyə 3,5 milyon avro dəyərində alış bəndi, bonuslar və gələcək satışların 15 faizi daxildir.

Duje Şaleta-Tzar 2022-ci ildən "Sauthempton"da çıxış edir. O, ötən mövsüm “müqəddəslər”in heyətində 19 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.