"Səbail" "Konyaspor"a qarşı
2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, komanda Türkiyə Superliqaası təmsilçisi "Konyaspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Səbail" daha əvvəl 2 yoxlama oyunu keçirib, “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib, "Sivasspor"la 1:1 hesablı heç-heçə edib.