"Zirə" "Qarabağ"a, "Sumqayıt" "Səbail"ə qalib gəldi
Azərbaycan Premyer Liqasında 1-ci tur davam edir.
Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Səbail" "Sumqayıt"ı qəbul edib. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər matçda isə son çempion "Qarabağ" evdə "Zirə" ilə üz-üzə gəlib. Matçda "Zirə" 1:0 hesablı qələbə qazanıb. Paytaxt təmsilçisi tarixində ilk dəfə Ağdam təmsilçisinə qalib gəlib.
Qeyd edək ki, mövsüm ötən gün keçirilən "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu (0:3) ilə başlayıb. Tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
5 avqust
21:00. “Qarabağ” - “Zirə” - 0:1
Qol: Dimitrios Çantakias, 48
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
18:30. “Səbail” - “Sumqayıt - 1:4
Qol: Rövlan Muradov, 27 (0:1), David Qomis, 62 (1:1), Erik Sorqa, 67 (1:2), Kamran Quliyev, 70 (1:3), Səbuhi Abdullazadə, 76 (1:4)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
6 avqust
17:00. “Kəpəz” - “Neftçi”
20:00. “Sabah” - “Qəbələ”
4 avqust
“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3