"Səbail" Superliqa klubuna qalib gəldi

2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda Türkiyə Superliqası təmsilçisi "Konyaspor"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını David Qomis və Pedro Nuno vurublar.

"Səbail" daha əvvəl 2 yoxlama oyunu keçirib, “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib, "Sivasspor"la 1:1 hesablı heç-heçə edib.

21 iyul

Yoxlama oyunu

"Səbail" - "Konyaspor" - 2:0

Qollar: David Qomis, 31,  Pedro Nuno, 40