Sebalyos "Real"da qaldı
Yarımmüdafiəçi Sebalyos yeni müqavilə imzalamaq üçün Mayamidən Madridə qayıdıb.
Sportline.az xəbər verir ki, "Real"la yeni müqavilə 2027-ci ilə qədər etibarlı olacaq.
Qeyd olunur ki, futbolçu ilə bir neçə klub maraqlanırdı, o cümlədən "Atletiko Madrid" və "Bavariya"... Yarımmüdafiəçiyə Qətər və Səudiyyə Ərəbistanı komandaları da maraq göstərib.
"Real Madrid"in bu həftə ispaniyalı ilə müqavilənin uzadılmasını rəsmən elan edəcəyi gözlənilir .
Sebalyos ötən mövsüm La Liqada 30 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.