"Seltik" futbolçusunu göndə bilər

"Spartak" "Seltik"in müdafiəçisi Karl Starfelt üçün təklif hazırlayır.

Sportline.az xəbər verir ki, Moskva klubu yaxın günlərdə Starfeltin transferi üçün "Seltik"ə ilk təklifi edəcək .

Müdafiə xəttini təcrübəli futbolçularla gücləndirmək istəyən 28 yaşlı isveçli müdafiəçi ilə "Spartak"ın baş məşqçisi Gilyermo Abaskal maraqlanır.

Karl Starfelt 2019-2021-ci illərdə "Rubin Kazan"ın tərkibində çıxış edib.

2022/23 mövsümündə Karl Şotlandiya çempionatında "Seltik"in heyətində 28 oyuna çıxıb və 3 qol vurub.