Serbiyalı yarımmüdafiəçi "Yuventus"u tərk edə bilər
"Yuventus" oyunçusu Filip Kostiçi yeni mövsümün planlamasında düşünmür.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 31 yaşlı oyunçunun xidmətində "Fənərbağça", "Kristal Pelas" və "Atletiko Madrid" maraqlıdır.
Ötən mövsüm Turin klubunun heyətində 33 oyuna çıxan Kostiç 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Kostiç 2022-ci ildə "Ayntraxt" Frankfurdan "Yuventus"a 14.7 milyon avroya transfer olunub. İtaliya klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan oyunçunun hazırki transfer dəyəri 6.5 milyon avrodur.