Sergey Yuran əməliyyat olundu
Rusiyanın "Pari NN" klubunun baş məşqçisi Sergey Yuran əməliyyat olunub.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Nijni Novqorod təmsilçisinin çalışdırıcısı təcili olaraq cərrahiyyə əməliyyatı keçirmək məcburiyyətində qalıb.
Təcrübəli mütəxəssisin səhhətinin normal olduğu bildirilir.
Qeyd edək ki, Sergey Yuran 2023-cü ildən "Pari NN" klubunu çalışdırır.