Sergey Yurana qadağa qoydular
"Pari NN"-in baş məşqçisi Sergey Yuranın "Dinamo" ilə oyunda iştirakı sual altındadır.
Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, həkimlər buna qadağa qoyublar.
Qeyd edək ki, sentyabrın 8-də rusiyalı mütəxəssisin böyrəyindəki daşları əməliyyatla xaric edilmişdi.
54 yaşlı Yuran həkimlərin qadağasına rəğmən 8-ci turun bu gün keçiriləcək görüşündə komandanın "sükanı arxasında" olacağını bildirib.