Səudiyyə Ərəbistanı klubu Edin Dzeko üçün 11 milyon təklif edib

Səudiyyə Ərəbistanı klubu Edin Dzeko üçün 11 milyon təklif edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Əl-Hilal" klubu "Fənərbağça" klubunun bsoniyalı futbolçusu Edin Dzekoya illik 11 milyon avro maaş təklif edib. 

Təcrübəli hücumçunun təklifi bəyəndiyi və Səudiyyə Ərəbistanı klubu ilə şəxsi razılıq əldə etdiyi bildirilib.

Qeyd edək ki, Edin Dzeko "Fənərbağça" klubunun forması ilə çıxdığı 37 matçda 22 qol, 9 asistlə yadda qalıb.