Səudiyyə Ərəbistanı klubundan kosmik təklif

“Əl-Hilal” fransalı ulduz futbolçu üçün kosmik məbləğ təklif edib.

Sportline.az goal.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanıın “Əl-Hilal” klubu Klian Mbappe üçün PSJ-yə 300 milyon avro təklif edib. Gənc ulduz və klub bununla bağlı açıqlama verməyib. 

Qeyd edək ki, daha öncə  Mbappe PSJ-də qalmaq istəmədiyini və komandanı tərk etmək istədiyini deyib.