"Sevilya"dan "Anderlext"ə

Yarımmüdafiəçi Tomas Dileyni "Sevilya"dan "Anderlext"ə keçib.

Sportline.az xəbər verir ki, Belçika klubu 31 yaşlı danimarkalı futbolçunu 2024-cü ilin yayına qədər icarəyə verib.

“Bu klubu təmsil etməkdən şərəf duyuram. “Anderlext”i çoxdan tanıyıram. Təcrübəmi və enerjimi komandaya gətirmək istəyirəm" - deyə Dileyni bildirib.

Mövsümün ikinci yarısında Dileyni "Hoffenhaym"da icarə əsasında 7 oyun keçirib.