"Sevilya"dan "Braqa"ya

"Sevilya"nın yarımmüdafiəçisi Roni Lopeş "Braqa"ya keçib,.

Sportline.az xəbər verir ki, 27 yaşlı portuqaliyalı "Braqa"ya pulsuz başa gəlib. "Sevilya" 500 min bonus ödənişi və futbolçunun gələcək satışından 20 faiz ala biləcək.

Lopeş 2019-cu ildən "Sevilya"da çıxış edir. O, komandanın heyətində 14 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.