"Sevilya"dan fantastik qərar: bütün oyunçularını satır

"Sevilya" bütün futbolçularını transfer siyahısına salıb.

Sportline.az xəbər verir ki, buna səbəb klubun 90 milyon avro borcunun olmasıdır.

"Sevilya" çoxlu oyunçu satmalıdır, bir-iki böyük satış kifayət etməyəcək.

Qeyd olunur ki, bu səbəbdən klubun idman direktoru Monçi klubu tərk edərək "Aston Villa"nın futbol əməliyyatları üzrə prezidenti olub. O, heyətin çoxunu satmaq istəmirdi.

Xatırladaq ki, ötən mövsüm “Sevilya” Avropa Liqasının qalibi olub və Çempionlar Liqasında oynamaq hüququ qazanıb. La Liqada klub 11-ci pillədə qərarlaşıb.

Banner