"Sevilya"dan "Feyenoord"a
“Feyenoord” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Erediviziya təmsilçisi “Sevilya”dan Usama İdrissini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında “Feyenoord”da keçirəcək.
Mərakeşli futbolçu 2020-ci ilin oktyabrında 12 milyon avro qarşılığında “Alkmaar”dan “Sevilya”ya keçib. O, daha sonra “Kadis” və “Ayaks”a icarəyə verilib.