"Sevilya"nın futbolçusu "Aston Villa"nın hədəfində
"Sevilya"nın müdafiəçisi Markos Akuna karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Aston Villa" 31 yaşlı argentinalının xidmətində maraqlıdır. Futbolçunun özü də karyerasını Premyer Liqada davam etdirməyin əleyhinə deyil.
Akuna 2020-ci ildən "Sevilya"da çıxış edir.