Şahruddin Məhəmmədəliyev Türkiyə klubuna keçir
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyənin “Adana Dəmirspor” klubunda davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda “Fanatik” nəşrində məlumat yayılıb.
İddiaya görə, 29 yaşlı qapıçı Superliqa təmsilçisi ilə 2+1 illik müqaviləni razılaşdırıb.
Yeni komandasına azad agent statusunda keçəcək Məhəmmədəliyev “Adana Dəmirspor”da yerli futbolçu statusunda çıxış edəcək.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da oynayır.