Şahruddindən maraqlı paylaşım
"Qarabağ"dan ayrılan Şahruddin Məhəmmədliyev İnstaqram hesabında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və qapıçılarla işləyən məşqçi Elxan Həsənova təşəkkürünü bildirib.
Sportline.az xəbər verir ki, o, fikirlərini belə ifadə edib:
"Mənə qarşı xoş münasibətinizi və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağ olun, Hoca. Allah sizdən razı olsun" - deyə Ş.Məhəmmədəliyev Q.Qurbanov barədə yazıb.
Elxan Həsənova da təşəkkür edən Şahruddin onun barəsində ingiliscə "Genius" (dahi) sözünü qeyd edib.

