"Şəhərlilər" yeni müqavilələrə hazırlaşır

“Mançester Siti”nin futbolçuları Kayl Uoker və Bernardo Silva klubla müqavilələrini yeniləyəcək.

Sportline.az xəbər verir ki, hər iki futbolçu mümkün gedişləri ilə bağlı məlumatlara baxmayaraq, klubla yeni müqavilələr imzalamağa hazırdır.

Uoker 2017-ci ildən bəri "şəhərlilər"lə birlikdədir. O, bu mövsüm "Mançester Siti"nin heyətində iki oyun keçirib, qol vurmayıb. Müdafiəçinin hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

2023/24 mövsümündə Silva 2 oyun keçirib. Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.