Şenol Günəş Bakambunu istəyir
"Beşiktaş" hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, baş məşqçi Şenol Günəş bir vaxtlar çalışdırdığı "Bursaspor"da forma geyinən Sedrik Bakambunu transfer etmək istəyir. Artıq bu məsələ ilə bağlı yeni "Əl-Nəsr"ə keçən futbolçu ilə danışıqlar başlanıb.
Qeyd edək ki, ötən mövsüm "Olimpiakos"da çıxış edən Bakambu 18 qolla yadda qalıb.