Şevçenkonun oğlu İngiltərə klubunda
Andrey Şevçenkoun oğlu Kristian Şevçenko İngiltərə çempionatında çıxış edəcək.
Sportline.az xəbər verir ki, o, "Uotford" klubu ilə müqavilə bağlayıb.
Bu haqda Kristian Şevçenko sosial şəbəkə hesabında məlumat paylaşıb.
16 yaşlı futbolçunun paylaşdığı fotoda ailə üzvləri də yer alıblar.
Qeyd edək ki, əvvəllər "Çelsi"nin akademiyasında futbolla məşğul olan Kristian sonradan "Uotford"un yeniyetmələrdən ibarət komandasında oynayırdı.