Şeydayev Tailand klubunda ilk məşqinə çıxdı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda ilk məşqinə çıxıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ötən gün keçirilən məşqdə iştirak edib.

Xatırladaq ki, bu yay "Qarabağ"dan ayrılan Ramil Şeydayev "Buriram Yunayted"lə 2 illik müqavilə bağlayıb.