Şeydayevin komandasından 3 xal
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında 3-cü tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda səfərdə “Sukhothai" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Şeydayev start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb.
“Sukhothai" - “Buriram Yunayted” - 0:1
Qol: Çayded, 62
“Buriram Yunayted” hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb.