"Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budur"

“Oyunun ədalətli nəticəsi 2-2 hesabı olardı. Orxan Lalayevin zədə almasından sonra problemlər meydana gəldi. Əsas oyunçularımızın bir neçəsi zədəlidir, eyni zamanda “İnter”dən icarəyə götürdüyümüz oyunçular meydançada yox idi. Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budur". SportLine.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Rəvan" klubunun  baş məşqçisi Bəhmən Həsənov "İnter"lə görüşdən sonra deyib.

Komandasının əldə etdiyi qol şanslarını dəyərləndirə bilməməsindən şikayətlənən mütəxəssis, "Qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı. Məğlubiyyətə görə təəssüflənirəm, uğurlu oyunlardan sonra uduzduq. Qış fasiləsinə qədər qalan bir oyunumuzdan maksimum yararlanmağa çalışacağıq. Düşünürəm ki, oyunumuzda irəliləyiş var, futbolçularımız taktiki gedişləri yerinə yetirməyi bacarırlar. Sadəcə, “İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik”, - deyib.

Banner