Şimali Makedoniyalı məşqçi "Araz - Naxçıvan"da
“Araz-Naxçıvan” klubu yeni məşqçi ilə anlaşıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şimali Makedoniyadan olan Teodor Terziyev fiziki hazırlıq üzrə məşqçi təyin olunub.
26 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2022-ci ildən “Rabotniçki” klubunda çalışan UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahib olan Terziyev paralel olaraq ötən ildən Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.