Şmeyxel "Anderlext" yolunda
Danimarkalı qapıçı Kasper Şmeyxel "Anderlext"ə keçməyə yaxındır.
Sportline.az xəbər verir ki, tərəflər danışıqlar aparır. Klublar şərtləri razılaşdıra bilsələr, bir illik müqavilə imzalanacaq.
Sentyabrın 2-də "Nitsa" Şmeyxelin getdiyini elan etdi. 36 yaşlı futbolçu azad agent olub.
Şmeyxel 2020-ci ildən Fransada oynayır. O, 46 matçda iştirak edib və 47 qol buraxıb.