Şuşada keçiriləcək yarışın iştirakçıları bəlli oldu
Beynəlxalq Basketbol Federasiyasının (FIBA) təşkil etdiyi 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının IV mərhələsi olan Şuşadakı yarışda hansı komandaların yarışacağı məlum olub.
Sportline.az xəbər verir ki, II mərhələ olan Astara yarışının qrup mərhələsində qalmış dünya reytinqinin 1 nömrəli komandası Almaniya yenə Azərbaycandakı yarışa favorit qismində qatılacaq. Həmçinin digər iştirakçılar Niderland, Rumıniya, Macarıstan, Türkiyə, "Neftçi" (Azərbaycan), Azərbaycan və "G FLOU.EKZE" (Yaponiya) komandası olacaq.
Qeyd edək ki, yarış 12-13 iyun tarixlərində keçiriləcək.
Onu da bildirək ki, 6-7 mayda Uhanda (Çin) və 20-21 mayda Astarada keçirilmiş yarışlarda dünya reytinqinin 2-cisi olan Çin qalib olub. Şuşadan başqa, 9-10 iyunda Klermon-Feran (Fransa), 16-17 iyunda Sionqan (Çin), 21-22 iyunda Orlean (Fransa), 27-28 iyunda Puatye (Fransa), 3-4 iyulda Netanya (İsrail), 6-7 iyulda Fribur (İsveçrə), 14-15 iyulda Priştina (Kosovo), 19-20 iyulda Bordo (Fransa), 29-30 iyulda Edmonton (Kanada), 4-5 avqustda Praqa (Çexiya), 4-5 avqustda İçan (Çin), 18-19 avqustda Melilya (İspaniya), 18-19 avqustda Kvebek (Kanada), 22-23 avqustda Bakı (Azərbaycan), 28-29 avqustda Debretsen (Macarıstan) və 2-3 sentyabrda Monreal (Kanada) mərhələ yarışları olacaq.
Bu mərhələlərin cəminə görə yüksək xal toplamış komandalar 16-17 sentyabrda Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.