Simeone onun qalmasını istəyir

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone ispaniyalı hücumçu Alvaro Moratanı növbəti mövsümdə klubda saxlamaq istədiyini bildirib.

Sportline.az xəbər verir ki, Simeone bu tələbi rəhbərliyə verib.

Daha əvvəl bildirilmişdi ki, yaxın vaxtlarda “Roma” təmsilçiləri “Atletiko Madrid”lə əlaqə saxlayacaq və Moratanın transferi üçün mümkün variantları müzakirə edəcəklər. Böyük ehtimalla, romalılar ispan hücumçunu 12 milyon avroya almaq öhdəliyi ilə icarəyə götürəcəklər.