"Siti" "Barselona"nın gənc ulduzunu oğurlamaq istəyib
"Mançester Siti" "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalın transferinə çalışıb.
Sportline.az xəbər verir ki, yay transfer pəncərəsi zamanı “Siti”nin baş məşqçisi Pep Qvardiola 16 yaşlı ispaniyalını “Mançester Siti”yə keçməyə razı salmağa çalışsa da, futbolçu “Barselona” ilə uğur qazanmaq istədiyi üçün bundan imtina edib.
Ötən mövsümün sonunda Yamal La Liqa tarixinin ən gənc "Barselona" debütantı oldu. Bu mövsüm yarımmüdafiəçi İspaniya millisində debüt edib və millinin tarixində ən gənc qol vuran futbolçu olub.
Bu mövsüm Yamal kataloniyalıların heyətində 4 oyun keçirib, 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onu 25 milyon avro qiymətləndirir.