"Sivasspor" onu istəyir

"Axmat" və "Sivasspor" müdafiəçi Marat Bıstrovun transferi ilə bağlı danışıqlar aparır.

Sportline.az xəbər verir ki, Türkiyə klubu 31 yaşlı futbolçunun transferi üçün "Axmat"a rəsmi təklif göndərib.

Bıstrov 2020-ci ilin yayından Qroznı komandasında çıxış edir, müqaviləsi 2024-cü ilin yayına qədərdir. Ümumilikdə müdafiəçi "Axmat" üçün 79 oyun keçirib və 2 məhsuldar ötürmə verib.

Həmçinin Bıstrovun Qazaxıstan millisində 19 oyunu var. "Transfermarkt" oyunçunu 1 milyon avro qiymətləndirir.