Siyasi şüarla bağlı şikayət olunub

Kosova Futbol Federasiyası CAS-a (İdman Arbitraj Məhkəməsi) müraciət edib.

Sportline.az xəbər verir ki, bununla bağlı federasiyanın mətbuat xidməti məlumat yayıb.

Kosovalılar Rumıniya millisi ilə oyunda siyasi banner insidentinə hüquqi qiymət verilməsini tələb edirlər.

Qeyd edək ki, Avro-2024-ün seçmə mərhələsində Kosova və Rumıniya millilərinin görüşü 18-ci dəqiqədə dayandırılıb. 

Buna rumıniyalı azarkeşlərin yaratdığı qalmaqal və "Kosova - Serbiyadır, "Bessarabiya - Rumıniyadır" şüarları səbəb olub.