Skaloni: "Messi formada deyilsə..."
Argentina millisi 2026-cı il dünya çempionatının Cənubi Amerika seçmə mərhələsinin 3-cü turunda Paraqvayla qarşılaşacaq.
Sportline.az xəbər verir ki, "tanqoçular"ın baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin iştirak etməyə hazır olub-olmadığı barədə danışıb.
“Paraqvayla oyundan əvvəl hələ də məşqimiz var. Bu, Lionel Messi üçün vacibdir. Biz onu yaxşı izlədik. Messinin starta hazır olub-olmayacağını müzakirə etmək üçün hələ vaxtımız olacaq. Onun necə hiss etdiyini izləməliyik. Paraqvayla oyundan beş gün sonra Peru ilə görüşümüz olacaq. Əgər Messi formada deyilsə, onu məcbur etməyəcəyik”, – deyə Skaloni Argentina Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verib.
Messinin komandası "İnter Mayami" pley-offa çıxa bilməyib. Bununla da, superulduz fevral ayına qədər yalnız millidə oynayacaq.