Soboslay "Liverpul"a keçir
Dominik Soboslai "Liverpul"a keçməyə yaxındır.
Sportline.az xəbər verir ki, İngiltərə klubu macar yarımmüdafiəçinin sərbəst qalma müddəasını aktivləşdirməyə qərar verdiyi barədə "Leypsiq"ə xəbər verib.
Beləliklə, "Liverpul" Dominik Soboslayı 70 milyon avroya alacaq. Maddə bu günə - 30 iyuna qədər qüvvədə idi.
Futbolçu ilə şəxsi müqavilənin şərtləri razılaşdırılıb. Futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Ötən mövsüm Dominik "Leypsiq"in heyətində bütün turnirlərdə 46 matçda 10 qol vurub və 13 məhsuldar ötürmə verib.