Solanke klubunu dəyişir?

"Bornmut"un hücumçusu Dominik Solanke başqa kluba keçə bilər.

Sportline.az xəbər verir ki, 25 yaşlı ingilis "Vest Hem"in radarındadır. Londonlular forvard üçün 41 milyon avro ödəməyə hazırdır.

Solanke ötən mövsüm 35 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.