Sommer öz keçidini belə şərh etdi
"İnter"in yeni futbolçusu Yan Sommer "Bavariya"dan Milan klubuna keçməsini şərh edib.
Sportline.az xəbər verir ki, futbolçunun transferi dünən - avqustun 7-də açıqlanıb.
“İnter” ənənələri olan ən məşhur klubdur. Bu, karyeramda mənim üçün yeni səhifədir. "Cüzeppe Meazza" kimi bir stadionun qazonuna çıxmağı, Milanın ab-havasını hiss etməyi səbirsizlənirəm. Burada olmaqdan şadam" - deyə Sommer bildirib.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb. "İnter"in "Bavariya"ya 6 milyon avro ödədiyi bildirilir.