Son anda gələn zərbə...

"Verona"nın müdafiəçisi Koray Günter son anda ÇSKA-ya keçməkdən imtina edib.

Sportline.az xəbər verir ki, 28 yaşlı almaniyalı futbolçu son anda transferdən imtina edərək, müqaviləni pozub.

Günter 2019-cu ildən "Verona"da çıxış edir. Ümumilikdə o, İtaliya klubunda 105 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə edib. 28 yaşlı futbolçunun "Verona" ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.