Souza İngiltərə klubunda
Belçikanın “Lommel” klubunun yarımmüdafiəçisi Vini Souza “Şeffild Yunayted”ə keçib.
Sportline.az xəbər verir ki, 24 yaşlı braziliyalı klubla 4 illik müqavilə imzalayıb. Onun transferi "Şeffild"ə 12 milyon avroya başa gəlib.
Yarımmüdafiəçi ötən mövsüm icarə əsasında "Espanyol"da çıxış edib. O, İspaniya klubunun heyətində 37 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.