Spaletti millini çalışdıra bilər

“Napoli”nin keçmiş baş məşqçisi Luçano Spaletti İtaliya millisinin baş məşqçisi postuna əsas namizəddir.

Sportline.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının (FIGC) rəhbərliyi italiyalı mütəxəssisi bu vəzifə üçün favorit hesab edir. Tərəflər 2 illik müqavilə bağlaya bilər, lakin onun transferi üçün keçmiş klubu "Napoli"yə 3,2 milyon avro məbləğində sərbəst qalma bədəli ödəmək lazımdır. Amma İtaliya Futbol Federasiyası bu məbləği ödəmək istəmir.

Qeyd edək ki, bundan əvvəl milli ilə Avropa çempionatının qalibi olan Roberto Mançini İtaliya millisinin baş məşqçi postunu tərk edib.