Spalletti 2 futbolçunun millidən kənarlaşdırlımasından danışdı

Sandro Tonali və Nikolo Zaniolonun qanunsuz mərc oyunlarına görə İtaliya millisindən kənarlaşdırılması barədə xəbər vermişdik.

Sportline.az məşhur jurnalist Nikolo Skiraya istinadla xəbər verir ki, "Skuadra Azzurra"nın çalışdırıcısı Luçano Spalletti yarımmüdafiəçilərlə bağlı qərarı düzgün hesab edir.

“Bu, baş verənlərə əsaslanaraq düzgün qərar idi. Şok olmuş iki oğlanı özümüzlə apara bilmədik. Ədalətin öz yerini tutması da düzgündür: əgər yersiz şeylər baş veribsə, o zaman cəzanı ödəməlisən”, – deyə Spalletti bildirib.

Qeyd edək ki, Tonali və Zaniolo futbol matçlarına qanunsuz mərc etdikləri üçün İtaliya millisinin düşərgəsində kənarlaşdırılıb. Onları Samuele Ricci və Stefan El-Şaaravi əvəzləyir.